Services

«Paşa Sığorta» şirkəti daha bir bankın tibbi sığortaçısı seçilib

Bakı. APA-Economics.

Azərbaycanın «Paşa Sığorta» şirkəti daha bir bankın - «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) tibbi sığortaçısı seçilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı «AccessBank»ın İdarə Heyətinin sədri Endryu Pospilovski və «Paşa Sığorta» şirkəti İdarə Heyətinin sədri Nofəl Rzayev tərəfindən müvafiq müqavilə imzalanıb. Tibbi sığorta müqaviləsi bank və inzibati heyət də daxil olmaqla, bankın Bakı və ölkənin digər şəhərlərində yerləşən bütün heyətini əhatə edir.

Qeyd edək ki, bununla da «Paşa Sığorta» şirkətinin tibbi sığortaçısı olduğu kommersiya banklarının sayı 5-ə çatıb. Hazırda şirkət «Bank Respublika», «Paşa Bank», «Bank of Baku» və «Bank Avrasiya»ya tibbi sığorta müqavilələri üzrə xidmət göstərir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4 mln. manat, sığorta ödənişləri isə 0,9 mln. manat təşkil edib.

Kapitallaşmanın həcminə görə «Paşa Sığorta» 9 mln. manat nizamnamə kapitalı və 18,5 mln. manat məcmu aktivlərlə ölkənin aparıcı sığortaçılarının ilk beşliyinə daxildir. Hazırda şirkət 30 sığorta növü üzrə xidmət göstərir.




Geriyə
ISO 9001:2000
CERTIFIED