Services

«Thames İnsurance Group» şirkətində struktur dəyişiklikləri aparılıb

Bakı. APA-Economics.
«Thames İnsurance Group» Azərbaycan-İngiltərə Qapalı Səhmdar Cəmiyyəti (QSC) Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilməklə yanaşı şirkətin idarəetmə strukturunda da dəyişikliklər aparılıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, səhmdarlar tərəfindən qəbul edilən qərara əsasən, şirkətin Müşahidə Şurasının sədri vəzifəsinə Rüfət Musayev, İdarə Heyətinin sədri vəzifəsinə isə Samir Mustafayev təyin ediliblər.

Qeyd edək ki, «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycan və Böyük Britaniya tərəfindən səhmdarlara malikdir. Şirkət 24 sığorta növü üzrə xidmət göstərir.




Geriyə
ISO 9001:2000
CERTIFIED