“Az Sığorta” uğurlarını özünəməxsus formada qeyd etdi
İyun ayının 11-də son illərdə sığorta bazarında uğurları ilə seçilən "Az Sığorta" şirkəti müştərilərini, iş adamlarını və digər dostlarını öz ətrafına topladı. Bakı Əyləncə Mərkəzində təşkil olunan tədbirdə şirkət iki yeni xidmətini - Azərbaycanda ilk dəfə olaraq tətbiq ediləcək onlayn səyahət və onlayn avtomobil sığortalarını təqdim etdi.
Daim öz müştərilərinin rahatlığını düşünən, onların vaxtına və pullarına etdiyi qənaətə hörmətlə yanaşan "Az Sığorta"nın bu dəfəki yeniliyi məhz onlayn sığorta sistemidir. Belə ki, bu sistemə əsasən artıq hər kəs öz evindən, iş yerindən, cib telefonundan buy-e-insurance.az saytına daxil olaraq sığorta şəhadətnaməsini əldə edə bilər. Şirkətin təqdim etdiyi ilk onlayn sığorta xidməti səyahət sığortası olacaq. Bu istiqamətdə növbəti xidmət isə məhz avtomobil sığortasına aid ediləcək.
Qeyd edək ki, tədbirdə media nümayəndələri, digər sığorta şirkətlərinin rəhbərləri, ölkəmizdəki səfirliklərin, nazirliklərin, bankların əməkdaşları, sənətçilər və iş adamları iştirak edirdilər. Mütəxəssislər tərəfindən qonaqlara yeni sistem haqqında ətraflı məlumat verildi. Beləliklə, yeni məhsulların təqdimatı ilə başlayan tədbir qonaqların dəvət olunduğu furşet süfrəsi, klassik kvartetin ifasında səslənən musiqi, "Az Sığorta"nın ünvanına səslənən təbriklər və çıxışlarla davam etdi.
Mərasimdə çıxış edən "Az Sığorta" şirkətinin idarə heyətinin üzvü Xəyal Məmmədxanlı tədbirin təşkil olunmasının əsas səbəbini açıqladı və son nailiyyətləri barədə məlumat verdi "Bugünkü gecənin "Uğurun təntənəsi" adlandırılması heç də təsadüfi olmadı. Belə ki, son aylarda qazandığımız nailiyyətlər, müştərilərmizə təqdim etdiyimiz yeniliklər və ümumiyyətlə, sığorta bazarında irəliləməyimiz böyük uğurların və təbii ki, ağır əməyin göstəicisidir. Biz də bu sevinci məhz sizlərlə bölüşmək istədik". Tədbirdə şirkətin digər əməkdaşları da çıxış edərək bu uğurlarının davamlı olacağına inandıqlarını bildirdilər.
Geriyə
| Sığorta hadisəsi: | Toqquşma |
| Sığorta məbləği: | 15 000 AZN |
| Sığorta ödənişi: | 2 770 AZN |
ISO 9001:2000CERTIFIED









