Services

Səyahət sığortası

Sığorta nə üçün lazımdır?

Ölkəmizin hüdudlarından kənarda olduğumuz dövrdə gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir. Qarşılaşdığımız qəfil xəstəliklər, bədbəxt hadisələr istirahətimizi, işgüzar əhval-ruhiyyəmizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir.

Bu hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir.

Əgər bu təhlükələr evimizdən kənarda baş verirsə və köməyimizə heç kim yetişə bilmirsə, onda bizə nə edəcəyimiz barədə yalnız ciddi düşünmək qalır.

Məhz, bu səbəbə görə hazırda dünyanın bir çox ölkəsi Səfər sığortası olmayan şəxslərin öz ölkələrinə daxil olmalarına icazə vermirlər.

«AzSığorta» Şirkəti fərdi və kollektiv qaydada xaricə gedən hər kəs üçün «Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklərdən sığortası qaydaları»na əsasən sığorta təminatını təklif edir.

Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq siz Səyahət sığortanızı internet vasitəsilə (buy.e-insurance.az) də əldə edə bilərsiniz.

Bu sığorta növü ilə nələr sığorta olunur?

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:

  • tibbi (ambulator və stasionar) xidmətlər üzrə xərclər
  • tibbi daşınma/evakuasiya və repatriasiya
  • hüquqi yardım
  • baqajın itməsi
  • səfərin ləngiməsi və s.

ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir

Bu sığorta növünü kimlər seçir?

Xaricə səfərlərə gedən şəxslər özlərini və ailə üzvlərini bu sığorta növü ilə sığorta etdirə bilərlər.

Xarici ölkələrin səfirlikləri, konsulluqları və digər diplomatik nümayəndəlikləri tərəfindən vətəndaşlardan viza sənədlərinin rəsmiləşdirilməsi zamanı tələb etdikləri bu sığorta, xaricdə olduqları dövrdə sığorta olunmuş şəxslərə bədbəxt hadisə, ani və qəfildən meydana gələn xəstəliklər nəticəsində tələb olunan xərclərin ödənilməsinə sığorta şəhadətnaməsinin şərtlərinə uyğun təminat verir.

ISO 9001:2000
CERTIFIED