Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası
Məsuliyyət sığortaları nə üçün lazımdır?
Gündəlik həyatda hər birimiz müəyyən addım atarkən, özümüzlə yanaşı başqalarını da düşünməyə məcburuq. Çünki, bunu bizdən vətəndaş məsuliyyəti tələb edir.
Cəmiyyətdə hər kəsin bərabər yaşadığı və ya təsir dairəsində olduğu insanlara qarşı mülki cavabdehliyi mövcuddur. Lakin, bəzən ehtiyatsızlıq ucbatından və ya iradəmizdən asılı olmayaraq üçüncü şəxslərə zərər yetiririk. Belə olan hallarda həmin şəxslərə qarşı məsuliyyətiniz ortaya çıxır ki, bu da bəzən milyon manatlarla ölçülə bilər.
Belə gözlənilməz xərclərdən qorunmağın ən əlverişli yolu - məsuliyyətin sığortalanmasıdır. «Az Sığorta» Şirkəti «Məsuliyyət sığortası qaydaları»na əsasən sığorta təminatını təklif edir.
Bu sığorta növü ilə nələr sığorta olunur?
Aşağıdakı məsuliyyət növləri sığortalana bilər:
- İşəgötürənin öz işçiləri qarşısında məsuliyyəti;
- Üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan itki və ziyana görə məsuliyyət;
- Peşə fəaliyyəti nəticəsində vurulan itki və ziyana görə məsuliyyət;
- Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyəti;
- Mülki-hüquqi müqavilələr üzrə məsuliyyət;
- Lift qəzalarında üçüncü şəxslər qarşısında mülki məsuliyyət;
- Məhsula görə məsuliyyət və s.
Bu sığorta növünü kimlər seçir?
Azərbaycanda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər öz mülki məsuliyyətini sığorta etdirməklə gələcəkdə baş verə biləcək hadisələr zamanı onlara qarşı qaldırılacaq mülki iddialarda təminat əldə edə bilərlər.
| Sığorta hadisəsi: | Toqquşma |
| Sığorta məbləği: | 15 000 AZN |
| Sığorta ödənişi: | 2 770 AZN |
ISO 9001:2000CERTIFIED









