Əmlakın yanğın və digər əlavə risklərdən sığortası
Sığorta nə üçün lazımdır?
Günümüzdə daşınmaz əmlak sahibi olmaq çox çətindir. Ev almaq və ya tikdirmək, iş yeri sahibi olmaqla, əmlak sahibinə çevrilmək hər birimizin arzusudur.
Lakin, əldə etməkdən çox onu qoruyub saxlamaq çətindir. Həyatın hər mərhələsində bizi müxtəlif təhlükələr gözləyir. Belə ki, qəflətən meydana gələn yanğınlar, partlayışlar, təbii fəlakətlər və başqa təhlükələr bizi illərlə alın tərimizlə qazandıqlarımızdan məhrum edə bilər. Bütün bu təhlükələrin maddi nəticələrini minimuma endirmənin tək yolu əmlakı sığorta etdirməkdir.
«AzSığorta» Şirkəti vətəndaşlar və müəssisələr üçün «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası qaydaları»na əsasən sığorta təminatını təklif edir.
Bu sığorta növü ilə nələr sığorta olunur?
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, sığorta müqaviləsində göstərilən ünvanda olan sığorta obyektinə (sığorta olunmuş əmlaka) dəyən və aşağıda sadalanan sığorta risklərinin səbəb olduğu itki və ziyanlar sığorta olunur:
- Yanğın, ildırım vurması, partlayış;
- Təbii fəlakət (fırtına, qasırğa, dolu, daşqın, sel, su basması, sürüşmə, torpaq çökməsi, zəlzələ);
- Yerüstü və hava nəqliyyatı vasitələrinin və ya onların hissələrinin sığorta olunmuş əmlaka dəyməsi;
- Üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri;
- Qar ağırlığının səbəb olduğu itki və ziyan;
- Tətil, lokaut, əmək intizamsızlığı, xalq iğtişaşları və terror;
- Daxili su basma;
- Oğurluq və s.
Sığortalı vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan binalar, tikililər, şəxsi evlər, ev əmlakı, anbarlar, qurğular, maşın və avadanlıqlar, mebel, hazır məhsul, xammal və materiallar, binaların içərisində və ya üzərində olan hər cür sabit qurğular, lift və eskalatorlar, ildırım ötürən, televizor antenası və s. əmlak sığorta təminatına daxil edilə bilər.
Bu sığorta növü ilə vətəndaşlar və müəssisələr yuxarıda sadalananlara əlavə olaraq sığorta təminatı verilən risklərin (yanğın, partlayış, daxili su basma) baş verməsi zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə vurula biləcək itki və ziyanlara qarşı mülki məsuliyyətlərini də sığorta etdirə bilərlər.
Müəssisələr hətta sığorta təminatı verilən risklərin baş verməsi nəticəsində öz fəaliyyətlərində yaranan fasilənin və dayanmanın səbəb olduğu gəlirin itirilməsini də sığorta etdirmək imkanına malikdir.
Bu sığorta növünü kimlər seçir?
Mülkiyyətində, saxlancında və ya istifadəsində daşınmaz və ya daşınar əmlakı olan vətəndaşlar, hüquqi şəxslər öz əmlaklarını və hər cür əmlak maraqlarını bu sığorta növü ilə sığorta etdirə bilərlər.
| Sığorta hadisəsi: | Toqquşma |
| Sığorta məbləği: | 15 000 AZN |
| Sığorta ödənişi: | 2 770 AZN |
ISO 9001:2000CERTIFIED









