İnşaat və quraşdırma risklərinin kompleks sığortası
Sığorta nə üçün lazımdır?
İnşaat və quraşdırma olduqca riskli bir prosesdir. Məhz bu iş zamanı təsəvvür etmədiyiniz təhlükələrlə qarşılaşırsınız. Tikintidə qəza baş verir, inşaat sahəsindəki avadanlıqlarınız oğurlanır, tikinti vaxtında başa çatmır və əlavə xərcləriniz yaranır, tikinti zamanı üçüncü şəxslərə zərər vurursunuz və s. Bütün bunlar inşaat üçün ayırdığınız büdcədən kənara çıxmağınıza səbəb olur və nəticədə gəlir gözlədiyiniz layihəni zərərlə başa vurursunuz. Ümid edirik ki, heç bir peşəkar inşaatçı bu mənzərəni yaşamaq istəməz.
«AzSığorta» Şirkəti tikinti, bərpa, rekonstruksiya, əsaslı təmir və ya quraşdırma işləri ilə məşğul olan müəssisələr üçün «İnşaat və quraşdırma risklərinin kompleks sığortası qaydaları»na əsasən hər cür risklərdən sığorta təminatını təklif edir.
Bu sığorta növü ilə nələr sığorta olunur?
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən, sığorta müqaviləsində göstərilən sığorta obyektlərinə və/və ya sığorta olunmuş əmlaka dəyən itki və ziyanlar sığorta olunur.
Sığorta obyekt(lər)i:
- Kontrakt işləri - (inşaat və ya quraşdırma (montaj) işlərinin aparılması ilə əlaqədar podrat/subpodrat müqaviləsi)
- Tikinti texnikası və tikinti meydançasında olan avadanlıq
- Müvəqqəti tikililər, binalar, kommunikasiyalar, şəbəkələr və xəttlər
- Tikinti meydançasında mövcud əmlak (tikintisi tamamlanmayan, başa çatdırılmayan obyektlər, və yaxud yenidən planlama və rekonstruksiya işləri)
- Montaj edilmiş (quraşdırılmış) sistemlər və avadanlıqlar (sınaq müddəti nəzərə alınmaqla)
- İşlərin aparılması zamanı üçüncü şəxslərə vurulan itki və ziyan
- İşçilərin bədbəxt hadisə nəticəsində həyatını və əmək qabiliyyətini itirməsi
Sığortaçı həmçinin aşağıdakılar nəticəsində sığorta olunmuş əmlaka dəyən itki və ziyana sığorta təminatı verir:
- İşlərin görülməsi zamanı baş verən qəza (yanğın, alışma və partlayış)
- Təbii fəlakət (su basma, sürüşmə, torpaq çökməsi, zəlzələ, fırtına və s.)
- İşçilərin və ya texnikanın işlərə vurduğu ziyanlar
- Üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri
Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığorta təminatı ilə Sığortaçı işlərin aparılması zamanı üçüncü şəxslərin əmlakına və ya səhhətinə vurulan itki və ziyanlara sığorta məbləği həddində təminat verir.
Bu sığorta növünü kimlər seçir?
İnşaat və quraşdırma işlərini həyata keçirən podratçılar və ya subpodratçılar bu sığorta növü ilə işlərini həyata keçirdikləri zaman meydana çıxan bütün risklərə qarşı sığorta təminatı əldə edə bilərlər.
| Sığorta hadisəsi: | Toqquşma |
| Sığorta məbləği: | 15 000 AZN |
| Sığorta ödənişi: | 2 770 AZN |
ISO 9001:2000CERTIFIED









