Services

Hava nəqliyyatı vasitələrinin gövdə (kasko) sığortası

Sığorta nə üçün lazımdır?
Günümüzdə hava nəqliyyatı vasitələrindən sərnişinlərin və yüklərin daşınması, həmçinin yanğın söndürmə və s. müxtəlif məqsədlərlə istifadə edilir.
Lakin, daim artan təyyarə və vertolyot qəzalarının sayı, getdikcə köhnələn hava nəqliyyatı vasitələri parkı, yeni nəqliyyat vasitələrinin alınması üçün kifayyət qədər maddi vəsaitin olmaması, habelə hava gəmilərinin ehtiyyat hissələrinin qiymətlərinin və hava gəmilərinə xidmət göstərilməsi xərclərinin olduqca yüksək olması hava nəqliyyatı vasitələrinin istismarını çətinləşdirir.
«AzSığorta» Şirkəti hava gəmisi sahibləri üçün «Hava nəqliyyatı vasitələrinin sığortası qaydaları»na əsasən sığorta təminatını təklif edir.

Bu sığorta növü ilə nələr sığorta olunur?
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, sığorta müqaviləsində göstərilən hava nəqliyyatı vasitəsinə (təyyarə, vertolyot, xüsusi təyinatlı uçuş aparatları) aşağıda göstərilən sığorta hadisələri nəticəsində dəyən itki və ziyanlar sığorta olunur:
- hava gəmisinin qəzaya uğraması;
- yanğın, partlayış, ildırım;
- fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
- hava gəmisinin mühərrikində və ya təchizatlarında baş verən qəza;
- hava gəmisinin xəbərsiz itkin düşməsi;
- üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri;

Hava gəmisinin korpusu ilə yanaşı onun mühərrik sistemi, habelə bortunda quraşdırılmış mexanizmlər və təchizatlar, eləcə də üçüncü şəxslər qarşısında məsuliyyəti də sığorta olunur.

Sığorta müqaviləsi hava gəmisi sahibinin arzusu ilə müəyyən müddətə və ya hər bir reys üzrə bağlana bilər.

Bu sığorta növünü kimlər seçir?

Mülkiyyətində və ya istifadəsində hava nəqliyyatı vasitələri olan fiziki və hüquqi şəxslər əmlak mənafelərini bu sığorta növü ilə sığorta etdirə bilərlər.

 

ISO 9001:2000
CERTIFIED