Vəzifələrimiz
- Müştərilərimiz və qlobal tərəfdaşlarımızla uğurlu münasibətlər yaratmaqla yanaşı, münasib qiymətlə fəaliyyəti özündə birləşdirən yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək.
- Davamlı olaraq, müştərilərimizin ehtiyaclarını artıqlaması ilə təmin etməyə çalışmaq, onların qiymət, xidmət və seçimlə əlaqədar bizdən gözlədiklərini onlara təklif etmək. Bu istiqamətdə təkliflərimizi genişləndirmək üçün vaxtaşırı bazarın icmalını təhlil etmək.
- Bazarın tələbatına və müştərilərin ehtiyaclarına əsaslanan yeni sığorta məhsulları və xidmətləri ortaya çıxarmaqla rəqabətə liderlik etmək.
- Risklərin idarə olunması sahəsində müştərilərə strateji dəyər qazandıran keyfiyyətli həllər və xidmətlər göstərən gəlirli şirkətə çevrilmək, həmçinin ağıllı və istedadlı işçiləri özünə cəlb edə bilən, onları dəyərləndirən bir şirkət olmaq.
- Müştəri məmnuniyyətini özünə hədəf seçən və atdığı addımlardan arxayın olan bir şirkət olmaq.
- Dəyərli müştərilərimizə münasib qiymətlərlə geniş spektrdə yeni sığorta məhsulları təklif etmək və eyni zamanda iş gücümüzü artırmaqla təsisçilərimizə adekvat mənfəət qazandırmaq.
- Regionun öndə gedən Sığorta Şirkətinə çevrilməklə əhatə etdiyimiz fərdi və korporativ müştərilərimizə arxayın həyat tərzi təmin etmək və buna geniş çeşiddə arzu olunan xidmətlər, maliyyə sabitliyimizi qoruyan, eyni zamanda əhalimizin sosial rifahı artırmağa yönələn yüksək hazırlıqlı peşəkar menecment, əməkdaşlar və agentlər tərəfindən idarə olunan sürətli və dürüst sığorta ödənişləri sistemi vasitəsilə nail olmaq.
- Bütün müştərilərimizin təhlükəsizliyini təmin etmək, dəqiq, dolğun və faydalı sığorta xidmətləri göstərmək, etibar və hörmət üzərində qurulmuş ünsiyyəti və “komanda ruhunu” qüvvətləndirən münasibətlər qurmaq.
- Fəaliyyətimizdə peşəkar, texniki və etik satndardları daim yüksək səviyyədə qoruyub saxlamaq.
- Etibar, təşəbbüs və yüksək potensialımızdan istifadə etməklə sahiblik (mülkiyyət) mədəniyyəti yaratmaq.
- Strateji planlama və idarəetmə, bazara uyğunlaşma və aktivlərimizin məqsədyönlü istifadəsi vasitəsilə mənfəətlə böyümək, dərhal və uzun müddətli maliyyə sabitliyi təmin etmək üçün öz fiziki və maddi aktivlərindən səmərəli istifadə etmək.
- Müvafiq qabiliyyətlərə malik olan və yaxşı motivasiya edilmiş məhsuldar personala sahib olmaq.
Sığorta ödənişlərimiz
Sonrakı
| Sığorta hadisəsi: | Toqquşma |
| Sığorta məbləği: | 15 000 AZN |
| Sığorta ödənişi: | 2 770 AZN |
ISO 9001:2000CERTIFIED









