Zərərlərin tənzimlənməsi
Sığorta hadisələri ilə bağlı iri ödənişlərimiz
Zərərlərin tənzimlənməsi «AzSığorta» Şirkətinin fəaliyyətinin əsas hissələrindən birini təşkil etməklə keyfiyyətli xidmətinin bariz nümunəsidir.
Çünki fərdi və ya korporativ qaydada sığorta olunmasından asılı olmayaraq hər bir müştəri «AzSığorta» Şirkəti üçün əziz və əhəmiyyətlidir.
Məhz buna görə də bizim mütəxəssislərimiz sığorta hadisəsi zamanı Sizin yanınızda olacaq və Sizə dəyərli məsləhətləri ilə yardım edəcəkdir.
«AzSığorta» Şirkəti sığorta hadisəsi zamanı operativliyin təmin olunması məqsədilə sığorta növləri üzrə xidmətlər təşkil edir. Bunlardan bir neçəsini aşağıda nəzərinizə çatdırırıq:
- Avtomobillərin sığortası üzrə
- Yol nəqliyyat hadisəsi zamanı hadisə yerində şirkətin əməkdaşlarının iştirakı;
- Hadisənin təfsilatının və dəymiş ziyanın araşdırılmasında yardım;
- Hüquqi yardım (məhkəmədə sığortalının hüquqlarının müdafiəsi);
- Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyası;
- Zədələnmiş nəqliyyat vasitəsinin ixtisaslaşmış təmir müəssisələrində yüksək səviyyəli təmir edilməsi;
- Zədələnmiş nəqliyyat vasitəsi təmir olunana qədər alternativ nəqliyyat vasitəsi ilə təmin edilmə;
- Əmlakın sığortası üzrə
- Hadisə yerində şirkətin əməkdaşlarının iştirakı;
- Hadisənin təfsilatının və dəymiş ziyanın araşdırılmasında yardım;
- Hüquqi yardım (məhkəmədə sığortalının hüquqlarının müdafiəsi);
- Alternativ əmlak ilə təmin edilmə;
- Tibbi sığorta üzrə
- 24 saat dispetçer xidməti;
- Qəza zamanı hadisə yerindən müştərinin səhiyyə müəssisəsinə evakuasiyası;
- Yüksək səviyyəli səhiyyə müəssisələrində tibbi xidmətlərin təşkil edilməsi.
Yuxarıda göstərilənlərlə kifayətlənməyərək, «AzSığorta» Şirkəti baş verən sığorta hadisələrinin araşdırılmasında və dəymiş ziyanın müəyyən olunması və hesablanmasında ölkəmizdə və dünyanın bir çox ölkəsində fəaliyyət göstərən müstəqil sığorta qiymətləndiriciləri və ekspertlərin xidmətlərindən istifadə edir ki, bu da ilk növbədə müştərilərin mənafeyinin qorunması və dəymiş ziyanın obyektiv tənzimlənməsi prinsipinin həyata keçirilməsinə imkan yaradır.
| Sığorta hadisəsi: | Toqquşma |
| Sığorta məbləği: | 15 000 AZN |
| Sığorta ödənişi: | 2 770 AZN |
ISO 9001:2000CERTIFIED









