Services

Sığorta nədir?

Sığorta şəxslərin müxtəlif xarakterli risklərini başqa bir şəxsə – Sığorta Şirkətinə nəql etmə formasıdır. Sığorta müqaviləsinə görə sığortaçı müqavilədə nəzərdə tutulan hal – sığorta hadisəsi baş verən zaman sığortalıya müqavilədə nəzərdə tutulan məbləği ödəməyi, sığortalı isə müqavilənin dəyərini – sığorta haqqını ödəməyi öhdəsinə götürür.

Sığorta müəssisə, təşkilat və əhalinin hesabına xüsusi fondların yaradılmasından və həmin fondların təbii fəlakət, bədbəxt hadisə və digər xoşagəlməz hallar zamanı onların əmlakına, həyat və sağlamlıqlarına dəyən zərərin əvəzini ödəmək məqsədilə istifadə olunmasından ibarət olan iqtisadi münasibətlər sistemidir. Sığortada hər zaman iki tərəf mövcud olmalıdır: həmin fondların yaradılması və istifadəsi ilə məşğul olan müxtəlif təşkilati-hüquqi formalı hüquqi şəxs, yəni sığorta şirkəti (sığortaçı) və adı çəkilən fonda müəyyən olunmuş vəsaitləri ödəyən və sığortalanan hüquqi və fiziki şəxslər, başqa sözlə Sığortalılar. Bunlardan əlavə, sığorta münasibətlərinin iştirakçısı qismində sığorta olunanlar, fayda əldə edənlər (sığorta hadisəsi zamanı sığorta ödənişini almaq üçün təyin olunan şəxs) də çıxış edə bilərlər.

ISO 9001:2000
CERTIFIED