Services

Haqqımızda

AzSığorta ASC 2006-cı ildən etibarən Azərbaycan sığorta bazarında AzSığorta MMC kimi sığorta fəaliyyətinə başlamış və 24 sentyabr 2007-ci ildə təşkilati-hüquqi formasını dəyişərək AzSığorta açıq səhmdar cəmiyyəti kimi fəaliyyətini davam etdirməktədir.

AzSığorta 22.11.2006-cı il tarixli Maliyyə Nazirliyi tərəfindən verilmiş sığorta xidmətinin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) əsasında sığortanın təxminən 35 növü üzrə öz müştərilərinə xidmətlər təklif edir.

Cəmiyyətin yaranmasından ötən 3 ilə yaxın qısa bir müddət ərzində Az Sığorta hal-hazırda Azərbaycan sığorta bazarında aparıcı mövqeyə və özünəməxsus yerə malikdir.
 
1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən Az Sığorta bir il sonra kapitalını 100 % artıraraq 2 000 000 manata, 2008 - ci ilin nəticələrinə görə isə nizamnamə kapitalı 100 % artıraraq 4 milyon manata çatdırmışdır.

Bu gun Az Sığortaya rəhbərlik edən İdarə Heyəti, o cümlədən aparıcı işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər böyük təcrübəyə malik olan şəxslərdən təşkil olunmuşdur. Bu isə ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir.

AzSığorta Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayəndəliklərlə təmsil olunub. Belə ki, Bakı şəhərində yerləşən Baş ofisdə, həmçinin Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən regional filiallarında ümumi olaraq 175 nəfər işlə təmin edilib. Bu da öz növbəsində regionların sosial- iqtisadi inkişafına dəstək olmaqla sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərə günün 24 saatı ərzində keyfiyyətli sığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır.

Cəmiyyət maliyyə sabitliyini təmin etmək məqsədi ilə yerli və xarici sığorta, təkrar sığorta və broker şirkətləri ilə yaxından əməkdaşlıq edir. Az Sığorta qəbul etdiyi riskləri Avropa və dünya təkrar sığorta bazarının ən etibarlı təkrar sığorta şirkətlərində operativ yerləşdirmək imkanına malikdir.

Az Sığortanı digər şirkətlərdən fərqləndirən əsas əlamətlərdən biri kimi daim yeni sığorta məhsullarının yaradılmasını, iş prosesində innovasiyaların tətbiqini, sığorta sahəsində kütləvi təbliğat işlərinin aparılmasını, insanların sığorta sahəsində maarifləndirilməsini və s. göstərmək olar.

Şirkət tərəfindən təsis olunan və artıq 9 - cu sayı işıq üzü görən "Az Sığorta" jurnalı bu sahədə ən gözəl addımlardan biri hesab oluna bilər. Dolğun məzmunu və peşəkar yazıları ilə jurnal qısa bir zamanda bütün oxucuların rəğbətini qazanmışdır.

Uğurlu kommersiya fəaliyyəti ilə yanaşı Az Sığorta şirkəti yarandığı gündən sosial sahələrdə də təqdirəlayiq işlər aparmaqdadır. Ötən il Xətai və Suraxanı rayonlarının uşaq evlərinin sakinlərinin əl işlərindən ibarət satış-sərgi təşkil edilmiş, tədbirin bütün xərcləri şirkətin hesabına maliyyələşdirilmiş və sərgidən əldə olunan qazanc uşaq evlərinin problemlərinin həllinə yönəldilmişdir.

Az Sığorta şirkəti 2009 - cu ilə də uğurla başlamışdır. Qısa müddət ərzində Az Sığorta İSO 9001:2000 keyfiyyat idarəetmə sisteminə uyğun sertifikatlaşdırılmışdır.

Ümumiyyətlə, Az Sığortanın tarixində bir sıra əhəmiyyətli İLKlər olmuşdur. Azərbaycanda ilk dəfə olaraq avtomobil sığortası sahiblərinə pulsuz yol yardımı xidməti göstərməyə başlamış və qəza zamanı avtomobil təmirdə olduqda müştərini alternativ avtomobillə pulsuz təmin etmişdir.

Yenə sığorta şirkətləri arasında Azərbaycanda ilk dəfə olaraq, müştəriləri arasında stimullaşdırıcı lotereya təşkil etmiş və 28 may Respublika günü münasibətilə onlara ikiqat sevinc yaşadaraq onlarla dəyərli hədiyyə bəxş etmişdir.

Bu ilin may ayından etibarən isə Azərbaycanda ilk dəfə olaraq sığorta şəhadətnamələrinin internet vasitəsilə reallaşdırılmasınasığorta haqlarının internet vasitəsilə qəbuluna başlamışdır. Yaxın gələcəkdə bütün xidmətlərimizin internet vasitəsilə təklifini həyata keçirməyi planlaşdırırıq.

Müştərilər arasında şirkətimiz sığorta ödənişlərini vaxtında, obyektiv və düzgün həyata keçirən bir şirkət kimi tanınmaqdadır ki, bu da bizim ən başlıca amalımız və uğurumuzdur.

 

ISO 9001:2000
CERTIFIED